Salamlayiram sizi Qonaq
Rock-klubu.clan.su
Esas » Fayillar » Biografiya & Janrlar » Janrlar

Black Metal
10.02.2010, 19:37

Black Metal
Uzun illərdir məlum olan bir tərzdir. Amma konkret olaraq adı yox idi. Celtic Frost və Bathory adlı qruplar bu tərzin ilklərindəndilər. Death Metal-ın klassik gitara, bass gitara və bateri üçlüsünə qarşılıq olaraq daha çox musiqi aləti işlənən Black M-da daha geniş harmoniya yaradılaraq daha melanxolik və mistik bir hava verilir.

Dinləyici saylarının artması ilə əlaqədar olaraq sonrakı illərdə Darkthrone, İmmortal, Emperor, Burzum, Enslaved, Havahej, Gorgoroth, Graveland kimi qruplar bu missiyanı davam etdirərək, daha sərtləşdirilərək, daha satanist, vampir yönlü və mistik əlamətlər işlətməyə başladılar. Xüsusilə 1991-94-cü illərdə Skandinaviya, Black M-ın mərkəzinə çevrildi. Emperor, Burzum, Darkthrone və Mayhem kimi qruplar ön plana çıxıb Death Metal sərtliyində olan mahnılarını pianino tip alətlərlə bəzəyərək, vokallarda daha çox sərtlik yaratdılar. Death Metaldan bilinən klassik brutal vokal, sərt yırtıcı vokallar ilə bərabər scream vokal və hərdən normal vokallarla bəzədildi.

Black Metal, Death-dən fərqlidi əslində. Mahnı sözləri pislik, şeytan və cadu ilə bağlı idi. Hətta mahnılarda “Qara Cadu” və “Voodoo” cadularıda işlədildi. Sonralar bəzi qruplar bu barədə başqa istiqamət götürərək bir az romantik və fövqəltəbii ilə bağlı oldu. Sinfonik Black Metal məhz bu dövrdə yarandı. Bu tərzdə həyatdakı stress və qayğılar, pulun, gücün, hər şeyin müvəqqəti olduğunu və yalnız bir şeyin həqiqət olduğunu (“Tək həqiqət ölümdür”) insanlara çatdırmaq istəyirdilər.

Qazet və TV-lərdə oxuduqları xəbərləri qulaq ardına vurub, axmaq siyasi davalar, iqtisadi problemlər, dini müzakirələrdən uzaq qalaraq tamamilə paqan bir hava içində fəaliyyət göstərə Black Metal qrupları, xüsusilə tək tanrılı dinlərə qarşı idilər.

Vaxt getdikcə B.M-ın alt qolları yaranmağa başladı. Total Black Metal, War Black Metal, Odium Black Metal, Occult Black Metal, Neo Black Metal kimi...

Death Metal və Thrash Metal-ın zəyifləməsi ilə daha da güclənən Black Metal-ın vacib qollarından biri olan Sinfonik Black Metalda melanxoli mahnı sözləri, skripka, pianino, fleyta kimi bir çox alətlər işlədərək bir metal operası ərsəyə gətirən ən vacib qruplar Dimmu Borgir, Cradle Of Filth və Dark Funeral-dır. Amma mahnı sözlərində fərqlilik böyükdür. Məsələn, Cradle Of Filth erotizm və vampirizmlə əlaqəli sözlər işlədirsə, Dark Funeral əsl mənada satanizmi təbliğ edir.

Black Metal-ı fərqli edən başqa bir fakt isə, qrup üzvlərinin makyajlarıdır. Ən çox işlənən: ağ rəngə boyanmış sifətdə gözlər qara ya da qırmızı, dodaqdan axan qan izi, dodaqların və dırnaqların qara rəngə boyanmasıdır. Görünüşü tamamlayan başqa ən çox işlənən vasitə isə balta və qılıncdır. Səhnənin kənarına tabutlar qoyulur, böyük gothic şamdanlardan, pentaqram şəkilləri və s... Səhnənin işıqlandırırlması və şoular da vacibdir. Əsasən səhnə qaranlıq olur və xüsusi qırmızı işıqlarla lazımı yerlər aydınlanır.

1970-ci illərdə Celtic Frost və Bathory ilə başlayan və indiyə qədər davam edən Black Metal, satanizmin təbliği məqsədilə də işlədilmişdir. Acheron qrupunun vokalisti Vincent Сrowley eyni zamanda “Church Of Satan”-ın (“Şeytanın Kilsəsi”) baş rahibidir. Hələ də öz gücünü qoruyan Black Metal, Heavy Metal tərzləri arasında ən çox alt qola və ən rəngarəng olandır.

Kateqoriya: Janrlar | Elave etdi: Admin
Baxis: 591 | Загрузок: 0 | Serhler: 1 | Reytinq: 0.0/0
Butun serhler: 1
0  
1 Morgue   (27.02.2010 08:16) [Мateriyal]
beliiii tek heqiqet ölümdür! Ölümü sevmeyen insan olmaz olsa da o şexsde ağıl olmaz biggrin her alt medeniyetin öz musiqisi olduğu kimi satanizmin de musiqisi Black metal`dı. cemiyet nümayendeleri buna istedikleri qeder etiraz elesinler bu beledi. Balck metalistlerin makiyajları (xeberi olmayanlar bilsin bu satanist makiyajıdı menası var) sehne tertibatındakı satanizmi gösteren şou dekarasiya, çıxartdıqları sesler ve sözler hamısı şüuraltı satanizmi yayır. hamısının da menası var.
rock yegane musiqidi ki onunla insanı hem sözün esl menasında öldüre bilersen hem de janrlarından ağılla istifade eliyerek merhelelerle psixalogiyasını tamamile deyişe partlamağa hazır bombaya çevire bilersen. bununçün sadece rock`u yaxşı derk elemelisen sadece dinlemek tarixini bilmek kifayet deyil onu hiss elemlisen tesir gücünü öyrenmelisen. ancağ bu halda rock`un nece güclü silah olduğunu anlıya bilersen. bu sadece musiqi deyil bu en güclü silahlardandı WE SHALL INVERT PARADISE!!! DEATH TO PEACE!!!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Giris ]

Giris
Bolumun kateqoriyalari
Biografiyalar [14]
Muxtelif rock ifacilarinin biografiyalari
Janrlar [13]
Muxtelif rock janrlari haqqinda
Axtar
Bizim sorgu
Hansı növ musiqiyə üstünlük verirsiniz?
Cemi cavab: 238
Bize suallariniz
200
Muxtelif
  • Sayt yarat
  • Web masterler ucun hersey
  • Hami ucun proqramlar
  • Eylence mekani
  • Runetin en yaxsi saytlari
  • Yemek receptleri
  • Statistika

    Online ancaq: 1
    Qonaqlar: 1
    Istifadeciler: 0
    [HIM]
    00:02:56

    10 самых страшных фильмов. I

    • Просмотры:
    • Всего комментариев: 0
    • Рейтинг: 0.0
    00:03:49

    10 самых страшных фильмов. II

    • Просмотры:
    • Всего комментариев: 0
    • Рейтинг: 0.0
    00:02:11

    100 лет без гороскопа

    • Просмотры:
    • Всего комментариев: 0
    • Рейтинг: 0.0
    00:14:36

    16-я республика

    • Просмотры:
    • Всего комментариев: 0
    • Рейтинг: 0.0
    00:04:08

    17 мгновений Кипяткова

    • Просмотры:
    • Всего комментариев: 1
    • Рейтинг: 5.0
    00:03:09

    1«А» говорит о скромности

    • Просмотры:
    • Всего комментариев: 0
    • Рейтинг: 0.0
    00:03:07

    23:45 — Друг за друга

    • Просмотры:
    • Всего комментариев: 0
    • Рейтинг: 5.0
    00:03:02

    23:45 — Я буду

    • Просмотры:
    • Всего комментариев: 0
    • Рейтинг: 0.0
    01:37:04

    29-ая улица

    • Просмотры:
    • Всего комментариев: 0
    • Рейтинг: 0.0

    2АССА2

    • Просмотры:
    • Всего комментариев: 0
    • Рейтинг: 0.0